
RegionTV.info xəbər verir ki, bu sözləri ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Kennet Makkenzi deyib.
O bildirib ki, bu yaxınlarda Qazaxıstanın paytaxtı Nur-Sultanda konsultasiyalarda iştirak edib və Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstan nümayəndələri ilə müzakirələr aparıb:
"Onlar əvvəlki kimi ABŞ-la əlaqələrinin olmasını istəyirlər. Təəssüf ki, coğrafi baxımından onlar hər zaman Rusiya və Çinlə çalışmalı olacaqlar. Lakin düşünürəm, partnyorlarımız əmin olmaq istəyirlər ki, ABŞ Əfqanıstandan getdikdən sonra belə onlardan üz çevirməyib".