Qarabağdakı döyüşlər zamanı ölən daha 3 erməni əsgərin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.
RegionTV.info xəbər verir ki, bu barədə "Sputnik Armeniya” məlumat yayıb.
Meyitlər Şuşa ərazisində aşkarlanıb. Bildirilir ki, ölən hərbçilərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.
Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 673-ə çatıb.
Xəbəri paylaş