Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Tələbələri çətin duruma salan UNİVERSİTETLƏR: Qərar son günə saxlanıldı – Təhsil Nazirliyi “yola verir”

Alınmış müvafiq qərara görə, sabahdan etibarən ölkə ərazisində ali təhsil müəssisələrində tədris əyani şəkildə bərpa ediləcək.
RegionTV.info xəbər verir ki, qərarın həftələr öncəsindən açıqlanmasına baxmayaraq, universitetlər tələbələrlə dərs cədvəlini yalnız bu gün bölüşüb.
Üstəlik, bəzi universitetlər jurnalda sıra nömrəsi tək və cüt olanları ayıraraq onların 2 həftə ara ilə universitetə gəlmələrini uyğun bilib ki, bu da artıq şəhərə gəlmiş tələbələrin əlavə vaxt itkisinə səbəb olub.
Universitetlərdən tələbə etirazlarına cavab olaraq isə onların da dərs saatları və təşkili forması ilə bağlı Təhsil Nazirliyi tərəfindən son anda bilgiləndirildiyi bildirilib.
Görünən odur ki, Təhsil Nazirliyi və universitetlər, sadəcə “yolavermə” ilə məşğuldurlar.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də