Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gecə 6 saatdan az yatanların - Diqqətinə!

Gündə 6 saatdan az yatmaq altsheymer, xərçəng və sonsuzluq kimi xəstəliklərə yol açır.
 

RegionTV.info xəbər verir ki, bunu türkiyəli həkim Nejat Altıntaş deyib. Onun sözlərinə görə, hər kəs yuxu rejiminə diqqət etməli, 6 saatdan az yatmamalıdır:

"Araşdırmalara görə, 6 saatdan az yatmaq çəki artmasına yol açar. Şəkərli, karbohidratlı qidalara meyliniz yaranar. Həmçinin bu insanlarda altsheymer xəstəliyi riski yüksəkdir. Məsələn, Marqaret Tetçer 4 saatdan az yatırdı. Və ya Ronald Reyqan da həmçinin 4 saatdan az yatan insanlardan idi. Onların hər ikisində altsheymer xəstəliyinə rastlanılıb.

Xüsusilə, hormonal xərçənglər dediyimiz süd vəzi, bağırsaq və prostat xərçəngini artırır. Bununla bağlı tibb işçiləri arasında aparılan çalışma var. Gecə yatmayan, gecə növbəsində işləyən tibb işçilərində xərçəngin daha da artdığı sübut edilib. Bundan başqa 6 saatdan az yatan kişilərdə sonsuzluq riski yüksəkdir”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də