SON DƏQİQƏ: Azərbaycanda biabırçı video ilə şantaj edilən tanınmış məmur VƏFAT ETDİ.
RegionTV.info xəbər verir ki, tanınmış məmur, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin (AEİM) şöbə müdiri, aqrar sahə üzrə ekspert Nicat Nəsirli vəfat edib.
Bu barədə onun dostu Anar Qaraxançallı məlumat verib.
“Nicatla ən son sentyabrın 3-də danışdıq. Beynində bədxassəli şiş müəyyən olmuşdu, bədəninin bir tərəfi tutmurdu artıq. Özü də biraz bədbin idi. Nə qədər ümid verməyə çalışsam da, dedi ki, atam bu bəladan həyatını itirib. Dostlardan halallıq istədi. İki gün sonra Türkiyəyə getdi. Ayın 14-ü və 18-i iki ağır əməliyyat keçirdi. Yoldaşı ilə əlaqə saxlayırdıq. Bir saat əvvəl Nicatı itirdiyimizi bildirdi”, – deyə A.Qaraxançallı bildirib.
Allah rəhmət eləsin!
Azərforum xatırladır ki, Nicat Nəsirli 2021-ci il sentyabrın 11-də biabırçı video ilə şantaj edilmişdi.
Xəbəri paylaş