Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Uşaqlar arasında yoluxma PİK HƏDDƏ ÇATDI - Nazirdən məktəblər haqqında QƏRAR

"Məktəblərin 3 həftə açıq qalması ilə 0-17 yaş qrupunda olan xəstələrin sayı artıb. Yəni, ortalama aktiv yoluxma 400 min civarındadır. Onların dörddə biri 0-17 yaş qrupundadır, yəni 25 faiz. Əvvəllər təxminən bu, 11 faiz idi”.
RegionTV.info xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca jurnalistlərin sualın cavablayarkən deyib.
Nazir yoluxma sayında çoxalmanın xəstəxana yükünü artırmadığını vurğulayıb: “Narahatlıq doğuran məqam yoxdur. Bu il məktəbləri hər bir halda açıq saxlayacağımızı demişdim. Təhsil Şurası, Səhiyyə Nazirliyi olaraq ikili təhsil və həftəsonu təhsili də daxil olmaqla, bütün alternativlər sınanmalı və açıq saxlanması lazım olduğunu düşünürük. Bunu universitetlər üçün də düşünürük”.
Nazir alış -veriş mərkəzlərinin bağlanmasını gündəmə gətirmək istəmədiklərin də qeyd edib.
Nazir hamilə qadınların peyvənddən ölməsi iddialarını təkzib edib: "Eşitdiyiniz hər şeyə inanmayın. Peyvənddən ölən bir xəstəmiz yoxdur".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də