
RegionTV.info bildirir ki, məqalə müəllifinin fikrincə, səyahət edənlərin iş yerini və ya cib telefonunu məlumatda göstərmələri daha düzgündür. Məqalədə deyilir: "Hava limanında demək olar ki, hər kəs çantanızın etiketində yazılanları görə bilər, buna görə özünüzü yalnız ən zəruri məlumatlarla məhdudlaşdırın".
Səyahət edənlərə uçuşdan əvvəl çamadanının şəklini çəkmələri də tövsiyə edilib. "Əgər baqajınızı itirsəniz, şəkli hava limanının işçilərinə verə bilərsiniz. Sənin dilində danışmasalar belə, çantanı tapmaq üçün lazım olan məlumata sahib olacaqlar ", - deyə ekspertlər bildirib.