
RegionTV.info bildirir ki, Daşkəsən Rayon Məhkəməsində keçirilən sonuncu prosesdə hökm oxunub.
Hökmə əsasən, o, 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
İttihama görə, Daşkəsən RİH başçısının Zağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləmiş H.Əzizov 2020-ci ildə vəzifə saxtakarlığına yol verərək xüsusi karantin rejimi qaydalarını pozub sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verib.
Onun barəsində Cinayət Məcəlləsində 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.