Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakı Metropolitenindən 2030-cu ilədək 51 yeni stansiyasının inşası ilə bağlı AÇIQLAMA

Bakı şəhərinin inkişafı üzrə baş plana əsasən 2040-cı ilə kimi 20 stansiyanın inkişafı nəzərdə tutulub.
Bu barədə RegionTV.info-nun  sorğusuna cavab kimi Bakı Metropolitenindən məlumat verilib.

"Bakı metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə görə metro stansiyalarının ümumi sayı 76 olmalıdır. Lakin elektrik deposu ərazisində daha 1 stansiya inşa ediləcək deyə bu say 77-ə qalxıb.
 
" Bu, sadəcə plandır. Planlar inşaata görə dəqiqləşdirilir və yenilənir. Layihədən sonra inşaatın öz sürprizləri olur. Geoloji işlər tam aparılsa belə, tikinti prosesində yenə dəqiqləşdirilir",-deyə rəsmi bildirib.
 
Hazırda Bənövşəyi xəttin "Xocasən" deposunda və eyni adlı stansiyada, şərti adı "B-04" olan stansiyada (Heydər Əliyev  adına idman- Konsert Kompleksinin arxa hissəsində) tikinti işləri davam edir. Sonrakı mərhələdə işlər Bənövşəyi xəttin "B-05" ( Cəfər Cabbarlı küçəsində yerləşən Azərbaycan Xarici İşlər Nazirliyi binasının arxasında), Yaşıl xəttin "Y-14" (Ağ şəhər), "Y-15" (Nobel prospekti Bakı Neft-Yağ Emalı zavodu ərazisində), Əhmədli yaşayış sahəsinin Xudu Məmmədov küçəsindəki "Həzi Aslanov-2" stansiyasında aparılacaq.

Son 10 gündə sosial şəbəkələr və xəbər portallarında 2030-cu ilədək 51 yeni stansiyanın inşa edilməsi ilə bağlı yayılan məlumatlar isə həqiqəti əks etdirmir.
 
Metro tikintisinə qoyulan vəsaitlə bağlı qurumun rəsmisi əlavə edib ki, metro tikintisinə vəsait xətlərin hər kilometrinə çəkilən xərclərin həcminə görə müəyyən edilir. Buna görə, Bakı metrosu tikintisinə ən aşağı vəsait sərf edilən metrolar sırasındadır.
 
Hazırda Bakı metrosunda 26 stansiya fəaliyyət göstərir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də