Ankaranın Atakule qülləsi Azərbaycan bayrağının rənglərinə boyanıb
Tarix: 28-09-2021, 09:30Xəbərə baxış: 115
Türkiyənin paytaxtı Ankaranın rəmzi sayılan Atakule qülləsi 27 sentyabr - Anım Günü ilə əlaqədar xüsusi dizaynla işıqlandırılıb. RegionTV.info bildirir ki, işıqlandırma prosesində Azərbaycan və Türkiyə bayraqları birgə təsvir olunub. Həmçinin Atakule üzərində "Azərbaycan-Türkiyə: Bir millət, iki dövlət!" ifadəsi də əks etdirilib.