Göygöldə zəncirvari qəzada avtomobillərə ciddi ziyan dəyib
Tarix: 28-09-2021, 09:00Xəbərə baxış: 134
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.RegionTV.info bildirir ki, hadisə rayonun "Mal bazarı" adlanan ərazisində qeydə alınıb. Hərəkətdə olan "NİVA", "VAZ 2106", "VAZ 2107" və "Opel" markalı avtomobillər toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.