Hollandiya baş naziri Mark Rüttenin mühafizəsi gücləndirilib.
RegionTV.info xəbər verir ki, buna səbəb hökumət başçısının ünvanına daxil olan hədələrdi.
Belə ki, 2010-cu ildən hökumətə başçılıq edən Rütte işə adətən mühafizəçisi olmadan, velosipedlə gedir. Amma nazirin narkotik ticarəti ilə məşğul olan Mərakeş mafiyası tərəfindən izlənilməsi xəbərindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib.
Polis orqanları onun oğurlanması ehtimalını yüksək qiymətləndirir.
Xəbəri paylaş