Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Aqro-Vest DC-də Anım Günü qeyd olunub

RegionTV.info
Bu gün Aqro-Vest DC MMC-də Anım mərasimi keçirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə şirkətin bir qrup əməkdaşı çıxış edib, Vətən müharibəsi haqqında fikirlərini, o günlərlə bağlı xatirələrini, hisslərini bölüşüb, Azərbaycan xalqının mübariz oğul və qızlarını yad edərək  onların yazdığı bu şərəfli tarixə bir daha nəzər salıblar.
Aqro-Vest DC MMC-nin hüquqşünası Rafiq Abbasov çıxış edərək o günlər haqqında düşüncələrini bölüşüb:   "2020-ci ilin ortalarından başlayaraq, Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən ölkəmizin bir çox sərhədyanı bölgələri intensiv olaraq atəşə tutulmağa başladı. Düşmən o qədər azğılaşmışdı ki, daha geniş ərazi iddiaları irəli sürürdü. Hətta iyul ayında Tovuz rayonu ərazisində genişmiqyaslı hücumlar təşkil etdi. Sentyabr ayının 27-si səhər saatlarında düşmən yenidən hərbi təxribat törətməyə, hərbi mövqelərimizi eləcə də, yaşayış məntəqələrimizi atəşə tutmağa başladı.
Azərbaycan xalqının, dövlətinin iradəsini və maraqlarını daim əsas tutan Ali Baş Komandanın əmri ilə ordumuz bu təxribata qarşı əks-hücum əməliyyatlarına-Azərbaycanın tarixinə şərəflə, qanla yazılacaq 44 günlük Vətən müharibəsinə başladı. 44 gün ərzində xalqımız hər günü bir əsrə bərabər olacaq tarix yazdı. İnancından, yaşından, mənsubiyyətindən, cinsindən, vəzifəsindən asılı olmayaraq hər kəs Vətən üçün səfərbər oldu. Müzəffər Ali Baş  Komandan cənab İlham Əliyevin rəhbrəliyi ilə Azərbaycan Ordusu 30 illik istilaya son verdi, tarixi ədaləti bərpa edərək Azərbaycan xalqının milli ləyaqətini bərpa etdi!  Biz bu yolda can verənlərin əziz xatirəsini heç vaxt unutmayacağıq!"
Daha sonra şirkətin kadrlar şöbəsinin müdirü Oğuz Heydərli Aqro-Vest DC MMC komandasının həmişə olduğu kimi, Vətən müharibəsi dövründə də Azərbaycan xalqı ilə birgə olduğunu, ölkə başçısı cənab İlham Əliyevin ideyalarına sadiq qaldığını vurğulamışdır: "Şirkətimizin rəhbərliyi və komandasını bu şərəfli günlərdə devizi, hamı kimi, hər şey vətən üçün idi. Biz Ali Baş Komandanın hər bir paylaşımını və müraciətlərini diqqətlə dinləyir, bu çıxışlardan özümüzə hədəf və məqsədlər, tapşırıqlar müəyyənləşdirirdik.  Şirkətimizin 20 nəfər əməkdaşı torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə iştirak etmişdir. Həmçinin, şirkətimiz ordumuza həmrəylik məqsədilə  Silahlı Qüvvələrə Yardım Fonduna  ianələr etmiş, əsgərlərimiz üçün isti geyim dəstləri, şəxsi gigiyena vasitələri və s. göndərmişdir. Biz çox gözəl başa düşürük ki,  daha güclü Azərbaycan üçün atılacaq hələ çox addımlar vardır. Biz bundan sonra da, Cənab İlham Əliyevin, Müzəffər Ali Baş komandanın ideyalarına sadiq qalacaq, daha güclü Azərbaycan üçün səylərimizi əsirgəməyəcəyik. Yaşasın Azərbaycan ordusu! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!"

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də