44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparmaq üçün minlərlə igid oğullarımız ön cəbhəyə yollandı. Qəhrəmanlarımız qanları və canları bahasına düşmənə sarsıdcı zərbələr endirərək şərəfli tarix salnaməsi yazdılar.Təbii ki, heç bir müharibə ağrısız və acısız olmur. II Qarabağ müharibəsində də bir çox oğullarımız ən uca məqam olan şəhidlik zirvəsinə yüksəldilər. Onlar arasında azərbaycanlı məşhurların da qohumları var.RegionTV.info II Qarabağ müharibəsində qohumu şəhid olan məşhurları təqdim edir:
Xalq artisti
Mənsum İbrahimovun qardaşı Zülfüqar İbrahimovun oğlu İsrafil İbrahimov Azərbaycanın 4 rayonunun işğaldan azad edilməsində iştirak edib. Laçın uğrunda gedən döyüşlərdə isə şəhid olub. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən şəhid İsrafil İbrahimov Ağdamda dəfn edilib.

Müğənni
Nadir Qafarzadənin yaxın qohumu isə Aprel döyüşlərində şəhid olub. Sənətçinin dayısı nəvəsi Novruzov Ravil Tərtərdə gedən döyüşlərdə zamanı dünyasını dəyişib. Sənətçi verdiyi müsahibələrindən birində qohumunun vəfatına inana bilmədiyini və dərin kədər hissi keçirdiyini bildirib.

Müğənni
Vasif Məhərrəmlinin qohumu Silahlı Qüvvələrin baş leytenantı və hərbi tibb qulluqçusu, şəhid Adil Əfəndiyev də Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərdəndir. Sənətçinin qohumu oktyabrın 22-də Xocavənd istiqmətində gedən döyüşlər zamanı düşmən gülləsinə tuş gələrək qəhrəmancasına həlak olub. Bu haqda sənətçi şəxsi instaqram hesabında məlumat verib.

Xalq artisti
Əli Nurun oğlu Rövşən Nuruzadə də Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızdandır. Baş leytnant olan Rövşən oktyabrın 6-da Şuşada snayperlə vurularaq şəhid olub.

Əməkdar artist
Məlahət Abbasovanın qohumu da Vətən müharibəsində şəhid olub. Bu haqda sənətçi sosial şəbəkə hesabında özü məlumat verib. 21 yaşlı qohumu Rövşənin II Qarabağ müharibəsi zamanı şəhadətə yüksəldiyini qeyd edən sənətçi, onun fotosunu paylaşaraq, ata və anasına baş sağlığı verib.