Yunanıstanın Krit adasında rixter cədvəli üzrə 6,5 bal gücündə zəlzələ baş verib.
RegionTV.info xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb. Məlumata görə, zəlzələ ətraf bölgələrdə də hiss edilib. Fəsadlar barədə hələlik məlumat yoxdur.
Əraziyə kömək qrupları göndərilib.
Qeyd edək ki, Krit adası Türkiyə yaxınlığında yerləşir
Xəbəri paylaş