Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Kəlbəcərə icazəsiz keçmək istəyənlər saxlanıldı

RegionTV.info
Daxili işlər orqanlarının əməkdaşları işğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazə olmadan, nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sentyabrın 25-də Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilmiş Kəlbəcər rayonuna müvafiq icazə olmadan getmək istəyən Hikmət Şükürov, Elçin Əliyev, Natiq Cabbarov, Camaləddin Qasımov, Seyfulla Cabbarov, Zamin Qaraye, Firuz Axundov, Niyaməddin Salahov, Baxşeyiş Səmədov, Murad Əliyev və Ramiz Bəndalıyevi saxlayıblar. Onlar polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq edilib.
Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində inzibati tənbeh tədbiri görülüb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də