Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Müsəlman şəxs niyyətinin həyata keçməsi üçün kilsəyə gedib şam yandıra bilərmi?

RegionTV.info
Kilsələrə və başqa qeyri-İslami ibadət ocaqlarına girməyin qadağası yoxdur. Səyahət və gəzinti niyyəti ilə, eləcə də, araşdırma məqsədi ilə kilsələrə getmək olar. Amma bir müsəlmana dini məqsəd naminə kilsəyə getmək və orada xristianlar sayağı ibadətlə məşğul olmaq yaraşmaz. Təəssüf ki, bəzi müsəlmanlar dini biliklərinin azlığı üzündən hansısa niyyətin həyata keçməsi üçün nəzir deyərək kilsəyə gedir, orada ikona qarşısında duraraq şam yandırır və digər ənənəvi xristian ibadətlərini yerinə yetirirlər. Bu, yanlış hərəkətdir. Yaxşı olar ki, müsəlman şəxs İslam dininin qaydalarına uyğun hərəkət etsin, müsəlmana yaraşan şəkildə nəzir desin və islami ibadət məkanlarını ziyarət etsin. Niyyətlərin həyata keçməsi üçün məscidlərə, ziyarətgahlara getmək, orada nəzir demək daha yaxşıdır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də