
İxtisasca həkim, müəllim, hüquqşünas olan bu qadınlar ölkənin mühüm orqanlarında əsas vəzifələri tuturlar.
RegionTV.info həmin qurumların xanım rəhbərlərinin siyahısını təqdim edir:
Ölkənin birinci xanımı Mehriban Əliyeva ixtisasca həkimdir. O, 1982-ci ildə Bakı şəhəri 23 nömrəli tam orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. O, 1988-ci ildə İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.
Mehriban Əliyeva 2005-ci ildə "Eftanaziya və təbabətdə humanizm problemi" mövzusunda dissertasiya işi müdafiə edib və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.
O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti olmaqla bərabər, həm də Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, UNESCO və ISESCO-nun xoşməramlı səfiridir.
Mehriban Əliyeva 1988–1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.
Aktiv ictimai fəaliyyətə 1995-ci ildə hazırda rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondunu yaratmaqla başlayıb. 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan "Azərbaycan-İrs" jurnalını təsis edib.
O, 2004-cü il 10 maydan Heydər Əliyev Fondunun prezidentidir.
2004-cü il 28 dekabrda Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib.
2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın sədr müavinidir. 2005 və 2010-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva müvafiq olaraq 92,12% (23106 səs) və 94,49% (31797 səs) səs toplayaraq deputat seçilib. Mehriban Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 21 fevral 2017-ci ildən etibarən Azərbaycan Respublikasının Birinci vitse-prezidentidir.

Daha sonra, 1981–2020-ci illərdə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun (Bakı Slavyan Universiteti) laborantı, müəllimi, baş müəllimi, dosenti, professoru, Qərb Universitetinin Qərb dilləri fakültəsinin dekanı, Bakı Slavyan Universitetinin Avropa dilləri kafedrasının müdiri vəzifələrində çalışıb. 2004–2020-ci illərdə Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində (2010–2020-ci illərdə ictimai əsaslarla) işləyib. 2006–2007-ci illərdə ABŞ Dövlət Departamentinin "Fulbrayt Skolarşip" proqramı çərçivəsində Miçiqan Universitetinin Qadınlar və Gender Araşdırmaları İnstitutunda çalışıb.
2013–2015-ci illərdə Avropa Şurası Parlament Assambleyasının Gender bərabərliyi və Rasizm və ksenofobiyaya qarşı alt komitələrinə rəhbərlik edib.
2015–2017 Avropa Şurası Parlament Assambleyasının "Zorakılıqdan azad qadınlar" parlament şəbəkənin siyasi əlaqələndiricisi, Qadınlara qarşı zorakılıqla mübarizə üzrə Baş məruzəçisi, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri vəzifəsində çalışıb, Büro üzvü olub.
2018–2020-ci illərdə Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olub.
Hazırda MDB-nin Parlamentlərarası Assambleyasında və Türkdilli Ölkələrin Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin rəhbəridir.

2016-cı ildə "Beynəlxalq hüquq və İnsan hüquqları" ixtisası üzrə dissertasiya işini müdafiə edərək, hüquq elmləri üzrə fəlsəfə elmləri doktoru elmi dərəcəsi alıb.
Səbinə Əliyeva Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilidir. O, bu vəzifəyə 30 noyabr 2019-cu ildə sələfi Elmira Süleymanovanın yerinə təyin edilib. Səbinə Əliyeva bu vəzifəyə qədər 2000-ci ildən Azərbaycan Konstitusiya Məhkəməsində çalışıb. 2015-ci isə ildən Aparat rəhbərinin müavini kimi fəaliyyət göstərib.


2000-2019-cu illərdə Azərbaycan Milli Məclisinin II-III-IV-V çağırış üzvü, 2005-2019-cu illərdə Azərbaycan Milli Məclisinin sədrinin müavini olub. 12 mart 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.


1995–2006-cı illərdə Abşeron rayon uşaq poliklinikasının baş həkimi, 2006–2014-cü illərdə Abşeron rayon İcra Hakimiyyətinin başçısının müavini, 2014–2015-ci illərdə isə birinci müavini vəzifələrində çalışıb.
Azərbaycan Prezidenti İlham Əliyevin 2 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Abşeron rayonunun icra başçısı vəzifəsinə təyin edilib.
