Meksika rəssamı Frida Kalonun çəkdiyi "Dieqo və mən" avtoportreti Latın Amerikası incəsənətinin ən bahalı əsəri ola bilər.
RegionTV.info xəbər verir ki, əsər noyabrda "Sotheby's" hərrac evində satışa çıxarılacaq.
Mütəxəssislərin sözlərinə görə, "Dieqo və mən"in 30 milyon dollara (təxminən 51 milyon manat) satılacağı gözlənilir.
Qeyd edək ki, rəssam əsəri 1949-cu ildə çəkib. Sözügedən avtoportret sonuncu dəfə 1990-cı ildə 1,4 milyon dollara (təxminən 2 milyon 380 min manat) satılmışdı.
Xəbəri paylaş