“189 ölkə qətiyyətli mövqe ortaya qoyarsa BMT-nin 5 daimi üzvünü sıxışdıra bilər”.
RegionTV.info xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O, ABŞ-da jurnalistlərə açıqlamasında bildirib ki, BMT-nin strukturunun qlobal hadisələrə çevik reaksiya vermədiyi ortadadır. Ərdoğan vəziyyəti dəyişmək üçün dünya ölkələrini birlik olmaya çağırıb:
“Mən radikal addımların atılması barədə həmişə demişəm.189 ölkənin hər biri qəti mövqe ortaya qoyarsa daimi üzvləri sıxışdırmaq olar. Bununla bağlı yox xəritəsi də var. BMT Baş Assambleyasına yazılı formada təzyiqlər etməklə, fövqəladə toplantıların çağırılması ilə bəzi nəticələr əldə edə bilərik”.
Xəbəri paylaş