Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Day.Az Media şirkəti və MÜSİAD arasında əməkdaşlıq müqaviləsi imzalandı - FOTO

Day.Az Media şirkəti və Müstəqil Sənayeçilər və İş Adamları Dərnəyi (MÜSİAD) arasında biznes tərəfdaşlığı haqqında müqavilə imzalanıb.RegionTV.info-nun məlumatına görə, müqavilə şirkətin direktor müavini Emin Əliyev və MÜSİAD Azərbaycan nümayəndəliyinin vitse-prezidenti Sait Yinanç tərəfindən rəsmiləşdirilib.
Trend Beynəlxalq İnformasiya Agentliyində (BİA) Xarici layihələr direksiyasının rəhbəri Rufiz Hafizoğlu müqaviləni şərh edərkən bildirib ki, tərəflər arasında əldə olunmuş razılaşma Day.Az Media şirkətinin Türkiyənin biznes qurumları ilə gələcək əməkdaşlığı üçün geniş imkanlar açacaq, eyni zamanda şirkətin Türkiyə reklam bazarının iştirakçısı olmasını təmin edəcək:
"Day.Az-MÜSİAD əməkdaşlığı Azərbaycan mediasının Türkiyə media mühitinə inteqrasiyası və oxucu auditoriyasını genişləndirməsinə imkan yaradacaq".
Qeyd edək ki, MÜSİAD 1990-cı ildə İstanbulda təsis edilib. Hazırda təşkilat öz sıralarında dünyanın müxtəlif ölkələrindən olan 11 000 şirkəti birləşdirir və 95 ölkədə fəaliyyət göstərir.

"AlbayrakGroup", Türk Hava Yolları (THY), "Kalyon Group" və "Cengiz İnşaat" kimi Türkiyənin aparıcı şirkətləri də MÜSİAD üzvləri arasında yer alır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də