Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rəşid Mahmudovun qardaşı oğlu intihar edib? - AÇIQLAMA - FOTO

Sosial şəbəkədə Azərbaycan Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşid Mahmudovun ailə yaxını olan gəncin intihar etdiyinə dair məlumatlar yayılıb.
RegionTV.info xəbər verir ki, yayılan məlumatlarda R.Mahmudovun qardaşı oğlu olduğu iddia edilən Oruc adlı şəxsin ali məktəbə qəbul imtahanlarından kəsildiyi üçün intihar etdiyi qeyd edilib.
Məsələ ilə bağlı Rəşid Mahmudovla əlaqə saxladıq. Həkim oxu.az-a açıqlamasında bildirib ki, belə bir hadisə olmayıb:
"Mənim Oruc adlı qardaşım oğlu yoxdur. Onların hamısı yalan məlumatdır. Belə şayiələrə inanmayın. Boş-boş uydurmalar yazırlar".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də