RegionTV.info
Gəncədə STEAM Mərkəzi açılıb. Bu haqda Gəncə şəhər İcra Hakimiyyəti məlumat paylaşıb.22 sentyabr tarixində Təhsil Naziri Emin Əmrullayev Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılan STEAM Mərkəzinin açılış mərasimində iştirak edib.
Mərkəz bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulub. Burada “Robotics”, “Art”, “Science”, “STEAM Kids”, CNC və 3D çap, mexatronika, dron istiqamətləri üzrə sahələr var.
Mərkəzdə yaradılmış imkanlardan sözügedən məktəblə yanaşı, regionun digər məktəblərinin şagird və müəllimləri də istifadə edə biləcəklər. İl ərzində 3000-3500 şagirdin müxtəlif modullar üzrə təlimlərdə iştirakı gözlənilir.
“2019-cu ildən tətbiqinə başlanılan STEAM layihəsinin əsas məqsədi təhsilalanlara tənqidi, yaradıcı düşünmə, əməkdaşlıq etmə və s. kimi bacarıqları formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənləri ayrılıqda öyrətmək deyil, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirməkdir” -, deyə paylaşımda qeyd edilib.
Xəbəri paylaş