RegionTV.info
Gəncə Dövlət Filarmoniyasında 22 sentyabr tarixində Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsert keçirilib.
Konsertdə Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı geniş proqramla çıxış edib. Gəncə şəhər İcra Hakimiyyətinin birinci müavini Səməd Tomuyev, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Təhsil idarəsinin müdiri Anar Qədiməliyev və digər rəsmi şəxslər burada iştirak ediblər.
Konsertin başlanğıcında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası təqdim olunub. Leyli rolunda Rəvanə Əmiraslanova, Məcnun rolunda isə İlkin Əhmədov çıxış ediblər.
Xəbəri paylaş