
RegionTV.info-nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl rektorun müvafiq əmri ilə BDU-da Tədris Departamenti və Tədris Elektron Mərkəzi birləşdirilib. Əvəzində Tədrisin Təşkili və İdarə Olunması Mərkəzi yaradılıb.
Mərkəzin direktoru vəzifəsinə BDU-da tədris hissə müdiri, qohumu Elçin Məmmədov təyin olunub.
Tədris Departamentin və Tədris Elektron Mərkəzinə bundan əvvəl sabiq rektor Abel Məhərrəmova yaxınlığı ilə tanınan Qurbanova Məlahət Müsrət qızı rəhbərlik edib.