Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

UNEC-in Dərbənd filialına bakalavr təhsili üzrə onlayn sənəd qəbulu davam edir






Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialına 2020/2021-ci tədris ili üçün bakalavr təhsili üzrə abituriyent qəbulu davam edir.
 
UNEC-dən Moderator.az-a verilən məlumata görə, qəbul maliyyə və kredit, mühasibat uçotu, təhlil və audit, dünya iqtisadiyyatı, ümumi iqtisadiyyat ixtisasları üzrə əyani və qiyabi təhsil forması üzrə onlayn keçirilir.
 
Təhsil üzrə plan yerlərinə qəbul büdcə hesabına və müqavilə ilə ödənişli əsaslarla həyata keçirilir. Təhsil müddəti əyani forma üzrə 4 il, qiyabi forma üzrə 5 ildir.
 
Rusiya Federasiyasının vətəndaşları bu ölkənin mövcud qanunverciliyinə uyğun olaraq vahid dövlət imtahanı əsasında qəbul edilir. Azərbaycan Respublikasının vətəndaşları üçün riyaziyyat, Azərbaycan və ya rus dili, coğrafiya fənləri üzrə qəbul sınaq imtahanları təşkil olunur.
 
Qəbul barədə ətraflı məlumatı UNEC-in və Dərbənd filialının rəsmi saytlarından əldə etmək mümkündür.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin