İranda ötən sutka ərzində 286 nəfər koronavirusdan (COVID-19) ölüb, 17 433 nəfər də bu virusa nəfər yoluxub.
RegionTV.info bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Halbuki ötən gün 379 nəfərin koronavirusdan ölməsi qeydə alınıb.
Bununla da İranda bu virusdan ölənlərin sayı 118 191 nəfərə,
yoluxanların sayı isə 5 477 229 nəfərə çatıb. Virus daşıyıcılarından 6 632 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 4 846 771 nəfər koronavirusdan sağalıb, 31,3 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 46,8 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 32,2 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 14,6 milyon təşkil edir.
Koronavirusa yoluxma üzrə 57 rayon qırmızı, 238 rayon isə narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 136 rayon sarı zona hesab olunur.
Xəbəri paylaş