Türkiyədə azərbaycanlı TIR sürücüsü qəzaya səbəb olub.
RegionTV.info xəbər verir ki, Qasımov İsgəndər adlı sürücü Afyonkarahisar-Antalya yolunda naməlum səbəbdən idarəetməni itirib.
Nəticədə onun idarə etdiyi yük maşını bir avtomobilə çırpılaraq yolun əks tərəfinə keçib, əvvəl traktora, daha sonra isə dörd maşına çırpılıb.
Bir neçə metrdən sonra dayanan zaman TIR-ın təkəri yanmağa başlayıb.
Dəhşətli qəza nəticəsində Mehmet Balon adlı bir nəfər ölüb, Mehmet Çakmak və Zeynəb Çakmak isə yaralanıb.
Hadisə yerinə çoxlu sayda xilasedicilər cəlb edilib. Yanğınsöndürənlərin müdaxiləsi ilə yanğını söndürmək mümkün olub.
Xəbəri paylaş