Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Atam bu günümü görsəydi ürəyi partlayardı" - Siyavuş Aslanın oğlu

Mərhum Siyavuş Aslanın 61 yaşlı oğlu Çingiz Aslan hazırki vəziyyəti ilə bağlı müsahibə verib.
RegionTV.info xəbər verir ki, hazırda evsiz qalan və küçələrdə yaşayan Çingiz atası ilə bağlı xatirələrini bölüşüb.
"Atamla münasibətim çox yaxşı idi. Qastrol səfərlərinə çox vaxt məni aparırdı. Deyirdi ki, gəl gör atan necə pul qazanır. Avtobusla ora-bura gedirdilər, çətin idi. Atam pulqazanan olub. Hərdən döyürdü, bir dənə vururdu bəs edirdi. Nə demişik atam edib. Düşünürdüm ki, hər zaman lüks həyat olacaq. İnanmazdım belə olacam".
Çingiz pis vərdişlərə qurşanmasından söz açıb:
"Pulu olmayan adamı saymırlar. Pul olanda yanına gəlirlər ki, bizimlə ol. Atam sağ olanda pis vərdişlərə qurşandım. Məni müalicə etdirdi. Heç vaxt işləməmişəm, atam məni saxlayıb. Atam bu günümü görsəydi ürəyi partlayardı. Yaxşı ki, görməyib".
O, atasından qalan bahalı evləri ucuz qiymətə satdığını deyib:
"250 minə şəhərin mərkəzindəki evləri satdım. Birini 100, digərini 150 min dollara verdim. Ata yurdunu satan evi satan övlad həyatda xoşbəxtlik görməyəcək deyirlər. Oldu da... Pulu yeyib-içməyə xərclədim. Otururdum dostlarla hesabı da mən verirdim. İndi o dostlardan 1 manat istəsəm verməzlər. Bir qızım var, məni heç axtarmır. Həyat yoldaşım məndən ayrılan kimi ərə getdi. Sən demə, əvvəldən münasibətləri olub".
Çingiz hazırda dövlət sığınacağında yaşayır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də