
RegionTV.info bildirir ki, bunu ölkənin səhiyyə naziri Aleksey Tsoy deyib.
Onun sözlərinə görə, ölkədə iyul-avqust aylarında yoluxma hallarının təhlili göstərib ki, koronavirus xəstələrinin 5,2 faizi "eta" ştammının daşıyıcısı olub.
Nazir bildirib ki, həmin ştamm Qazaxıstanın 4 regionunda qeydə alınıb.
Ümumuilikdə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, sentyabrın 15-ə olan vəziyyətə görə, Nigeriya ştammı 77 ölkədə müəyyən edilib.