Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda çəltik festivalı keçirildi

Festivalda düyüdən hazirlanan 50-dək yemək növü nümayiş olundu. 
RegionTV.info bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycanda fəaliyyət göstərən səfirliklərin rəhbərləri və fermerlərin iştirakı ilə çəltik festivalı keçirildi. Festivalda Azərbaycanda istehsal olunan düyü sortları və onlardan hazırlanan 50-dək yemək növü nümayiş olundu.

Festivalın gedişatında Azərbaycanlı məşhur aşpazlar tərəfindən hazırlanan yeməklərin dadına baxılıb, onlara qiymət verildi. Aşpaz Tural Hüseynov yeməklərin 90 faizinin yaxşı və fərqli dada malik olduğunu bildirdi.

Eyni zamanda festivaldakı Braziliyanın Azərbaycandakı səfiri öz məmnunluğunu bildirdi.

"Bu Azərbaycanın çox gözəl təşəbbüsüdür. Mən Bakını yenidən belə oyaq və şən görməyə çox şadam.Bakıya həyat qayıdıb və biz hamımız bundan ləzzət alırıq".

Həmçinin səfir Azərbaycan mətbəxini çox sevdiyini və bu mətbəxə tez-tez müraciət etdiyini vurğuladı.

"Azərbaycan mətbəxindən çox xoşum gəlir. Öz aşpazımdan həmişə xahiş edirəm ki, Azərbaycan mətbəxinin saladlarından hazırlasın.Çünki bütün bunlar insan üçün çox xeyrlidir".

Qeyd edək ki, bu tip festivalların gələcəkdə də keçirilməsi planlaşdırılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də