
Yeni tədris ilində ilk dərslərin həsr olunacağı mövzular müəyyənləşdirilib. Bu barədə Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov
RegionTV.info-ya açıqlama verib. O bildirib ki, I-XI siniflərdə ilk dərs "Qarabağ Azərbaycandır" mövzusuna həsr olunacaq.
Xatırladaq ki, sabah Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başlayır. Digər siniflər və məktəbdənkənar müəssisələrdə isə sentyabrın 29-dan həftədə beş dəfə olmaqla əyani tədrisə başlanacaq.