
Məsələ ondadır ki, Ağcabədidə müvəqqəti məskunlaşan Laçın rayon sakini İbrahim Hüseynova mayın 31-də COVID-19 əleyhinə vaksinin ilk dozası vurulub. Vətəndaş İyunun 30-da rayonun mərkəzi xəstəxanasında ikinci dozanı qəbul edib. Kağız daşıyıcıda olan sənəddə vaksinasiya ilə bağlı məlumatlar tam qeyd edilib. Amma müvafiq elektron portala ikinci doza ilə bağlı informasiya daxil edilməyib.
Müsahibimiz İbrahim Hüseynovun sözlərinə görə yaranmış vəziyyətlə bağlı aidiyyəti üzrə müraciət edib. Amma problem aradan qaldırılmayıb.
Məsələ ilə bağlı Ağcabədi rayon Mərkəzi xəstəxanasına və təbibə müraciət etdik. Xəstəxanadan verilən məlumata görə yaxın günlərdə problem aradan qaldırılacaq.