
RegionTV.info bildirir ki, Perm Dövlət Universitetində naməlum şəxs binaya daxil olaraq atəş açıb.
Tələbə və müəllimlərin otaqlarda gizləndiyi, bir neçə nəfərin pəncərələrdən tullandığı deyilir. İlkin məlumatlara əsasən, 10-dan çox yaralı var. Ölənlərin olduğu deyilsə də sayı açıqlanmır.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Cinayətkar saxlanılıb.