
RegionTV.info xəbər verir.
Alimlər bir neçə ay ərzində Cənub-Şərqi Asiyada 46 növ yarasa üzərində müşahidələr aparıblar. Nəticədə Laosun mağaralarında yaşayan heyvanlarda koronavirusun Uhan tipinə bənzər üç virus aşkar edilib.
Mütəxəssislərə görə, BANAL-52, BANAL-103 və BANAL-236 virusları bu gün elmə məlum olan SARS-CoV-2-nin mənşəyi sayılır.
Lakin SARS-CoV-2-dən fərqli olaraq müəyyən edilmiş patogenlərin heç birində bədənə asanlıqla daxil olan infeksiyalar qeydə alınmayıb.