Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

DÜNYA Britaniya şirkətləri yüksək qaz qiymətləri səbəbiylə bağlanmağa başlanıb

İngiltərədə son bir ay yarım ərzində beş enerji şirkəti bağlanıb və daha dörd şirkət yaxın gələcəkdə iflas elan edə bilər.                                                                            
RegionTV.info  xəbər verir ki, şirkətlər yüksək qaz qiymətləri səbəbindən bağlanır - pərakəndə satış qiymətləri ilin əvvəlindən 3,5 dəfə, avqustla müqayisədə isə 70 faiz artıb. Nəticədə, daha kiçik operatorlar müştərilərini təmin etməkdə çətinlik çəkirlər.
Analitiklər əlavə ediblər ki, 2021-ci ilin əvvəlində ölkədə 70-ə yaxın enerji şirkəti fəaliyyət göstərirdisə, ilin sonuna qədər onların sayı 10-a endirilə bilər.
Böhran vəziyyətinin hakimiyyəti müdaxilə etməyə məcbur etdiyi qeyd edilir. İngiltərənin Enerji naziri Kvasi Kuartenq müvafiq şirkətlər və tənzimləyici - Qaz və elektrik bazarları ofisi (Ofgem) ilə təxminən 20 görüş keçirib.
Sentyabrın əvvəlində Avropada baş verən enerji böhranı ABŞ-ın əsas gübrə istehsalçısı "CF Industries" şirkətinii İngiltərədəki iki zavodunu bağlamağa məcbur etdi. Bu, fermerlərin xərcləri artdıqca ərzaq inflyasiyasını gücləndirməklə təhdid edir. "Bloomberq"in məlumatına əsasən, qaz və elektrik enerjisinin qiymətlərində rekord artımlar iqtisadi canlanmanı yavaşlatacaq, həmçinin bölgədə inflyasiyanı artıracaq.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də