
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) RegionTV.info-ya məlumat yayıb.
Bildirilir ki, piyada zolağı Bakı Nəqliyyat Agentliyinin layihəsi çərçivəsində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Nizami İsmayılov küçəsinin əsaslı şəkildə təmiri zamanı salınıb. 146 №-li tam orta məktəbin qarşısında yaradılan piyada zolağı təhlükəsiz keçidi təmin edəcək.
Layihə çərçivəsində piyada zolağının ətrafında zəruri yol nişanları quraşdırılıb.