
"SpaceX" insanların 60 illik kosmik uçuş təcrübəsi tarixində ilk dəfə olaraq peşəkar astronavtların dəstəyi olmadan 4 turistlə 3 günlük orbital tur həyata keçirir.
RegionTV.info xəbər verir ki "bu, adi insanların ulduzlar arasında gedib macəra yaşaya biləcəyi bir dünyaya doğru ilk addımdır", - deyə "Inspiration4" missiyasının 4 nəfərlik uçuş xərclərini öz üzərinə götürən 38 yaşlı milyarder Cared Ayzekman bildirib.
Kosmosa göndərilən və hamısı mülki şəxslərdən ibarət astronavtların ilk görüntüləri paylaşılıb.

