Türkiyədə 45 yaşlıq azərbaycanlı qadın qonaq getdiyi evdə öv tüfəngi ilə öldürülüb.
RegionTV.info xəbər verir ki, hadisə Nevşehirin vilayətinin Avanos rayonunda baş verib.
Dünən Azərbaycan vətəndaşı, iki uşaq anası Tarhana Yaman tanışı, 60 yaşlı Duran A. ilə görüşmək üçün onun yaşadığı Avonas rayonundakı evinə gedib. Dünəndən bəri Tarhana Yamandan xəbər almayan qohumları Avanosda yaşayan Duran A.-nın evinə gəliblər. Qapısı açıq qalan evə girən qohumlar Tarhana Yamanın ov tüfəngi ilə vurulduğunu görüblər.
Hadisə yerinə polis və təcili yardım briqadası gəlib. Ünvana gələn həkimlər Tarhana Yamanın aldığı güllə yarasından öldüyünü təyin ediblər. İki uşaq anasının cəsədi yarılmaq üçün Nevşehir Dövlət Xəstəxanasının morquna aparılıb.
İl Təhlükəsizlik Müdirliyinin Cinayət Bürosu qrupları ev sahibi Duran A.-nın axtarışına başlayıblar. Polislər Duran A.-nın səhər saatlarında Kayserinin Kocasinan mahalının Yemliha qəsəbəsində qatarın altında qalaraq öldüyünü təyin ediblər.
Ehtimal edilir ki, Tarhana Yaman 60 yaşlı Duran A. tərəfindən qətlə yetirilib. Duran A. hadisədən sonra özünü qatarın altına ataraq intihar edib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.
Xəbəri paylaş