Nigeriyada "Boko Haram" terror qruplaşması hərbçilərin karvanına hücum edib.
RegionTV.info xəbər verir ki, hücum zamanı 12 hərbçi həlak olub. Terrorçuların itkiləri barədə məlumat yoxdur. Bildirilir ki, hərbi maşınlarda müxtəlif növ silahlar olub. Silahların Borno əyalətindəki hərbi hissəyə daşınması nəzərdə tutulmuşdu.
Yerli mənbələrin məlumatına görə, hücum zamanı terrorçuların bəzi silahları ələ keçirdiyi istisna edilmir.
Xəbəri paylaş