Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Tezliklə delimitasiyaya başlamalıyıq" - Ermənistanın baş nazirinin müavini

Ermənistanın baş nazir müavini Mger Qriqoryan Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası prosesinin tezliklə başlamanın vacibliyini etiraf edib.
RegionTV.info bildirir ki, nazir müavini bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin tezliklə işə salınması ilə bağlı çağırışına cavab olaraq bildirib.
M.Qriqoryan qeyd edib: "Fikrimcə, sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı müəyyən prosesi başlamaq lazımdır".
Xatırladaq ki, ötən gün M.Zaxarova bu prosesinin başlamasının zəruriliyini vurğulamış və Rusiyanın bununla bağlı təkliflərinin Bakı və Yerevana təqdim olunduğunu demişdi.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də