Son üç ildə 17 minə yaxın saxta əlillik müəyyən edilib. Son 8 ayda isə 266 nəfərlə bağlı Baş Prokurorluğa müraciət olunub.
RegionTv.info bildirir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov məlumat verib.
Agentlik sədri bildirib ki, əlillik ilə bağlı təqdim olunan sənədlər Təhsil Nazirliyi, Dövlət Yol Polisi, Səhiyyə Nazirliyi və digər qurumların sistemləri vasitəsilə yoxlanıldığı üçün çoxsaylı saxta faktlar aşkarlanıb.
O, saxta əlilliklə bağlı araşdırmaların davam etdiyini, bu il Ağdam, Ağcabədi, Füzuli, İmişli, Şirvan və digər rayonların mərkəzi xəstəxanalarında, o cümlədən tibb müəssisələrində ciddi yoxlamalar aparıldığını bildirib.
Anar Bayramov əlavə edib, son 8 ayda 35 minə yaxın şəxsə əlillik təyin olunub. Bunlardan 1750 nəfəri ikinci Vətən müharibəsi iştirakçısı, 6711 nəfər isə sağlamlıq imkanı məhdud uşaqlardır.Yuxarı ətrafları amputasiya olunmuş 29 qazimiz isə yaxın günlərdə yüksək texnologiyalı protezlərlə təmin olunacaq.
Xəbəri paylaş