
Bunu AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli RegionTV.info-ya açıqlamasında deyib.

Bu yaxınlarda AMEA-nın bir qrup işçisi Azıx mağarasında olub. Ermənilər orada xarici alimlərlə birgə tədqiqatlar aparıblar. Amma onlar mağaradan topladıqları maddi sübutları apara bilməmişdilər. Bizim nümayəndə heyyətimiz müharibə bitəndən sonrakı günlərdə mağaraya getdi və ermənilərin Azıx mağarasından qazıb aparmaq istədikləri 90 qutu maddi sübutu akademiyaya gətirdilər. Bundan başqa məlum oldu ki, hərbçilərimiz Azıx mağarasına yaxın kəndlərdə bu cür yeşikləri yenə görüblər. Bu barədə bizə məlumat verdilər. Biz o qutuları da akademiyaya gətirdik. Bizim alimlərimiz Qarabağda arxeoloji qazıntılara başlayıb.
Biz Üzərliktəpədə apardığımız arxeoloji qazıntılarla bütün dünyaya göstəririk ki, bura eramızdan əvvəl də bizim olub".