Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda 500-ə yaxın mənzilin işığı kəsilib

Bakının Xətai rayonunda 500-ə yaxın mənzilin elektrik enerjisi kəsilib.
RegionTV.info bildirir ki, sakinlər əyləncə mərkəzi ilə MTK arasında yaranan problemdən əziyyət çəkirlər.
Sakinlər iddia edirlər ki, Fəzail Bayramov küçəsindəki 24 mərtəbəli 4 yaşayış binasında 462 mənzilin elektrik enerjisi əyləncə mərkəzi tərəfindən kəsilib. Onların sözlərinə görə, binalar 2020-ci ilin fevralında istismara verilsə də, indiyə kimi "Azərişıq" ASC-nin balansına keçməyib. Əvəzində isə mənzilləri tikən "Sahil Company" MMC adlı şirkət yaxınlıqdakı əyləncə mərkəzi ilə müqavilə bağlayaraq yaşayış binalarının elektrikləşməsini təmin edib. Ancaq bu ilin avqust ayında MTK ilə həmin mərkəz arasında problemlər yaranıb.
Sakinlərin 19 min manat borcu yarandığı üçün binalara elektrik verilişi dayandırılıb. Sakinlər isə deyir ki, onlar vaxtı-vaxtında ödənişlərini binaların komendatına ediblər.
Tikinti şirkəti ilə əlaqə saxlaya bilməsək də, MMC-nin həmin binalara təyin etdiyi komendat məsələyə münasibət bildirib. O deyib ki, sakinlər istifadə etdikləri enerjiyə görə ödənişlərini tam olaraq həyata keçiriblər. MTK da həmin göstəricilər müqabilində qarşı tərəfin borcunu ödəyib. Ancaq sonuncu ay təqdim edilən borc əvvəlkilərdən dəfələrlə çox olub.
İddialarla bağlı əyləncə mərkəzinin rəhbərliyi ilə əlaqə saxlaya bilmədik. "Azərişıq" ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu isə "Xəzər Xəbər"ə bildirib ki, təmsil etdiyi qurum məsələdən xəbərdardır. Amma sakinlərin elektrik enerjisinin kəsilməsinin "Azərişıq"la bağlılığı yoxdur. Problem tikinti şirkəti ilə müəssisə arasında yaranıb.

Bununla belə, tikinti şirkəti istənilən vaxt texniki şərtlərlə bağlı "Azərişıq" ASC-yə müraciət edə bilər və yalnız bundan sonra mənzillərin işıqlandırılması qurumun balansına keçəcək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də