Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Məhkəmə hakimlərinin iş stajı ilə bağlı qanuna dəyişiklik edilir

Hakim vəzifələrinə təyin edilmiş hakimlərin hüquqşünas ixtisası üzrə əvvəlki iş stajı onların hakimlik stajına hesablanacaq.                                                                                
RegionTV.info-nun məlumatına görə, bununla bağlı məsələ "Məhkəmələr və hakimlər haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Qanuna dəyişikliyin parlamentin payız sessiyasında müzakirə ediləcəyi nəzərdə tutulur.
Qeyd edək ki, layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib və parlamentin sentyabrın 30-da baş tutacaq plenar iclasına tövsiyə olunub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də