Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənilər qisas planı hazırlayır - Şok ssenari

"Birinci Dünya müharibəsi bitdikdə almanlarla birlikdə məğlub olan Osmanlı İmperatorluğuna mənsub səlahiyyətlilərə qarşı müxtəlif ölkələrdə sui-qəsdlər həyata keçirildi. Azərbaycan Xalq Cümhuriyyətinin üzvləri də bu sui-qəsdlərin qurbanı oldular".
RegionTV.info xəbər verir ki, bu sözləri türkiyəli ekspert Həsən Oqtay İrəvanda Osmanlı və AXC dövlət xadimlərinə qarşı sui-qəsdlər törədən və silsilə qətllər icra edən terrorçulara abidə qoyulması barədə verilən qərarı şərh edərkən deyib.
Onun sözlərinə görə, müharibə zamanı guya "qurban olan ermənilərin" qisasını almaq üçün Almaniya, Roma, Tiflis kimi önəmli yerlərdə ermənilər vasitəsi ilə peşəkar sui-qəsdlər təşkil edildi:
"Ermənilər bu terror əməllərinə bəraət üçün guya qondarma "soyqırım"ı törədənləri qətlə yetirdiklərini bildirirdilər. Ancaq terror qurbanlarının bir çoxu hətta ermənilərin iddia etdiyi yalançı "soyqırım"a yaxından-uzaqdan heç bir əlaqəsi olmayan şəxs idi, o cümlədən AXC yetkililəri. Bu fakt bir daha sübut edir ki, nə qədər maskalamağa çalışsalar da, bu, nüfuzlu türklərin terrorla aradan götürülməsi kimi çirkin əməliyyat idi".
Ekspertin sözlərinə görə, "Nemezis" əməliyyatları adı verilən bu qətllər Berlində, Romada, Tiflisdə planlaşdırıldı, həyata keçirilməsi isə ermənilərə həvalə edildi:
"Aksiyaları təşkil edən, planlaşdıran başqaları idi, həyata keçirənlər isə ermənilər idi. İndi Qarabağ müharibəsinin məğlubiyyətini insanlara unutdurmaq üçün ermənilər bu sui-qəsdlərdə və terrorda istifadə olunan subpodratçılar vasitəsi ilə qəhrəmanlıq nağılı uyduracaq və Qarabağ məğlubiyyətini unutdurmağa çalışacaqlar".
Ekspert həmçinin bu kimi addımların gələcək təhdidlərə əsas ola biləcəyini açıqlayıb:
"Önümüzdəki günlərdə türk səlahiyyətlilərinə, Türkiyə Cümhuriyyətinin rəsmilərinə, xüsusilə də Azərbaycan dövlət məmurlarına qarşı ediləcək sui-qəsdlərin əsaslandırılması üçün diqqət bu abidələrə yönləndiriləcək. Yerli əhaliyə "intiqam"ın yalnız bu formada mümkün ola biləcəyi aşılanacaq. Qarabağ müharibəsi məğlubiyyətinin qisası üçün ideoloji zəmin yaratmaq naminə indi belə bir hekayə xətti qurulur və buna görə də çox diqqətli olmaq gərəkdir", - deyə mütəxəssis bildirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də