Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.
RegionTV.info-nun məlumatına görə, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.
1992-ci il təvəllüdlü Abulov Zabit Hakim oğlu nalayiq ifadalərə görə kafedə müştəri ilə əlbəyaxa dava edib. Dava zamanı o bıçaqlanıb. Z.Abulov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla əlaqədar Sabunçu Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə cəlb edilib.
Cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Xəbəri paylaş