
RegionTV.info xəbər verir ki, dövlət və özəl təhsil müəssisələrində bu qaydada tədris oktyabrın 4-dək davam edəcək.
Ölkənin Təhsil və Elm Nazirliyinin qərarı ilə birinci sinfə qəbul olunan şagirdlər oktyabrın 4-dən tədrisə əyani qaydada başlayacaqlar. Bu qərar yalnız koronavirusa yoluxma göstəricisi 4 %-dən aşağı olan şəhər və kəndlərə şamil olunacaq.
Oktyabrın 4-dən sonra ölkə üzrə bütün təhsil ocaqlarında dərslərin siniflərdə keçirilməsinə qərarın veriləcəyi gözlənilir.
Uşaq bağçalarına gəlincə, onlar oktyabrın 4-dək fəaliyyət göstərməyəcək.