BMT Baş Assambleyasının 76-cı sessiyası Nyu-Yorkda öz işinə başlayıb.
RegionTV.info xəbər verir ki, sessiyanın əvvəlində BMT Baş katibi Antoniu Quterreş və BMT Baş Assambleyasının yeni sədri iştirakçılara müraciət edəcək.
Qeyd edək ki, yeni sədr Maldiv adalarının nümayəndəsi Abdullah Şahiddir.
Bu həftənin ilk iclasları formal xarakter daşıyacaq: iştirakçılar gündəliyi və işçi orqanlarının yeni tərkibini təsdiq edəcəklər.
Sentyabrın 21-də bir sıra ölkələrin liderləri, hökumət başçıları və nazirlərinin qatıldığı Yüksək Səviyyə Həftəsi işinə başlayacaq.
Xəbəri paylaş