
RegionTV.info xəbər verir ki, Qohumu bildirib ki, müğənninin vəziyyətində heç bir irəliləyiş yoxdur.
"Həkimlərlə danışmışıq. Dedilər ki, Səyyad Əlizadənin durumu sabit ağır olaraq qalır. Heç bir müsbət dəyişiklik yoxdur", - sənətçinin qohumu vurğulayıb.
Qeyd edək ki, müğənni Səyyad Əlizadə 10 gün əvvəl koronavirusa yoluxub. O, Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub.